Nyusha kimdir, Нюша Шурочкина haqqında bioqrafiya, Nyusha artist haqda


Нюша Шурочкина (Nyusha) kimdir? Nyusha Haqqında
HaqqındaMahnılarıDiger Foto..

1 57 defe

Nüşa (Нюша) Gerçek adı (Latin: Anna Vladimirovna Şuroçkina rus. Анна Владимировна Шурочкина) - rusiyalı gənc musiqiçi, bəstəkar, rəqqas, prodüsser. Populyar müğənni.

Heyatı:

15 avqust 1990 tarixində musiqiçi ailəsində dünyaya gəlib. Atası - Vladimir Şiroçkin "Laskoviy May" qrupunun keçmiş solisti və onun prodüseri olub. Anası 2 yaşında atası ilə boşanır. Ögey anası Oksana Şirockinadan isə ögey bacısı Mariya Şiroçkina var. O gənclər arasında üzgüçülük üzrə ikiqat Avropa çempionudur.

2007-ci ildə Anna Şiroçkina pasportda adını Nüşa ilə əvəz edir və musiqi karyerasına başlayır. Əvvəlcə o Rusiyada populyar telekanallardan birində musiqi yarışmasında iştirak edir. Bundan sonra 2008-ci ildə Latviyada "Yeni Dalğa-2008" musiqi yarışmasında 8-ci yeri tutur.

2009-cu ildə Nüşanın «Вою на Луну» adlı ilk sinqli işıq üzü görür və ona böyük populyarlıq qazandırır. 2010-cu ildə Nüşa Rusiyada həmin ilin ən populyar mahnılarından olan «Не перебивай» sinqlini yazır. 18 iyun 2010 tarixində trek rusiyanın digital sinqlları arasında 3-cü yeri tutur. "Muz-TV Musiqi Mükafatlandırma Mərasimi"ndə Nüşa "ilin ən yaxşı yeni artisti" nominasiyasına namizəd olur. 2010-cu ilin dekabrında Nüşanın daha bir hit sinqli «Чудо» işıq üzü görür.

2010-cu ildən Nüşa "Gala Records" ilə müqavilə əsasında çalışıb və «Выбирать чудо» adlı albomu üzərində çalışıb. Albom 11 noyabr 2010 tarixindı işıq üzü görüb və Rusiyanın ən çox satılan albomları çartında 6-cı yerə qədər qalxıb. 2011 -ci ildə həmin albomun 4-cü sinqli «Больно» işıq üzü görüb. Yayda həmin mahnıya klip çəkilib. Albomun 5-ci sinqli «Выше» bu yaxınlarda işıq üzü görüb.

Heç bir nəticə tapılmadı!
Maraqlıdır?
Rəsul Abbasov (Yumrusifət)
4 Əhməd Mustafayev
1 Nuray Meherov Vezir
7 Nahidə Babaşlı
1 Vüsal Bedelov
1 Reşad İlqaroğlu
1 Нюша Шурочкина
5 Mətanət Əsədova


Sponsorlu

Reklam yeri boş!